Əmrə tabe olmayan Porsche sürücüsü qaçmaq istədi Polis atəş açıb saxladı VİDEO

19.01.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yol polisi əməkdaşları əmrə tabe olmayan sürücüyə atəş açıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, Tereşkova küçəsində xidmət aparan yol polisi əməkdaşları "Porsche" markalı avtomobilə “Saxla” əmrini veriblər. Ancaq, əmrə tabe olmayan sürücü avtomobillə polis maşınına 2 dəfə vurub. Qayda pozucu qaçmağa çalışarkən polis əməkdaşları avtomobilin təkərlərinə atəş açaraq onu hərəkətsiz vəziyyətə gətiriblər. Daha sonra sürücü saxlanılıb, o, polis bölməsinə aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 34

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью