Emreli bu klubun təklifini qəbul etmədi

19.06.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin kayrerasını Kiprin APOEL komandasında davam etdirmək variantı olub.

Bakıvaxtı.az məlumata görə, Nikosiya təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün təklif də göndərib.

Forvard özü bu klubda oynamaq istəməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri də dəyərləndirir.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью