Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının seçmə mərhələsində fərqlənib.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşanın “Rakov” klubunun heyətində Maltanın “Valletta” komandası ilə keçirilən görüşdə qol vurub.
Emreli 53-cü dəqiqədə hesabı bərabərləşdirən topun müəllifi olub. Azərbaycanlı hücumçu qarşılaşmaya start heyətində başlayıb və komandasının 2:1 hesabı ilə önə keçdiyi vaxt – 82-ci dəqiqədə əvəzlənib.
Matç “Rakov”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyəti bəlli olub Premyer Liqa və kubokun tam təqvimi – Mövsüm avqustun 14-də başlayacaq Sabiq "Neftçi"li "Araz-Naxçıvan"da "Şəfa" niderlandlı müdafiəçi transfer etdi – "1+1" illik müqavilə Emin Mahmudovdan Avropada 10-cu qol