Emreli İsveçlə oyundan öncə belə danışdı

18.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Millətlər Liqasının 6-cı turunda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Nürnberq"in forvardı belə danışıb:

"Deyiləsi çox şey yoxdur. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Cüzi də olsa, şansımız var... Rəqibin kimliyi məlumdur. Yaxşı çıxış edib, uğuru nəticə qazanmaq istəyirik. 

Qol vuracağıma inanırammı? Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin daha vacibi komandanın uğurlu nəticə qazanmasıdır".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью