Emreli Klozeyə etiraz etdi, post paylaşdı

19.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən Mahir Emreli "Köln"ə uduzduqları matçda Florian Fliklə əvəzlənməsinə etiraz edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "nn.de" saytı yayıb.

Xəbərə görə, fasilədə oyundan alınan 27 yaşlı hücumçu baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib. Mənbə Azərbaycan millisinin üzvünün bununla bağlı "Instagram" hesabında post da paylaşdığını, lakin sonradan sildiyini də vurğulayıb. Klozenin Mahirin etirazına reaksiya vermədiyi bildirilib.

Qeyd edək ki, oyun "Nürnberq"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Mahir əvəzlənərkən komandası 0:3 hesabı ilə geridə olub.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью