Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Polşanın "Rakuv" klubunun heyətində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.
Sportal.az xəbər verir ki, “Rakuv” səfərdə Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşıb. Splitdə keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Mahir Əmrəli matçın 27-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib. Azərbaycanlı hücumçu qarşılaşmada sona qədər meydanda olub.
Komandalar arasında cavab görüşü 27 avqustda keçiriləcək.
saytlarin hazirlanmasi