Emreli start heyətə qayıtdı

12.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya 2-ci bundesliqasında 29-cu turun oyunları davam etdirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” səfərdə "Kayzerslautern"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 22:30-da başlayacaq. 

Emreli də bu oyunun iştirakçısı olacaq. O, uzun müddət əsas heyətdən kənarda qaldıqdan sonra bugünkü görüşün ilk 11-liyində yer alıb. 

Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 41 xalla 9-cu, "Kayzerslautern" isə 46 xalla 5-cidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью