Emreli tənqid olundu Son qolunu noyabrda vurub

04.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Almaniyanın "Bild" nəşri "Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu tənqid edib.

QOL.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin 27-ci turda  “Yan Reqensburq”a məğlubiyyəti (1:2) haqqındakı yazıda komandanın hücum xəttindəki problemlərdən bəhs edilib: 

"Miroslav Kloze zədəli olan əsas hücumçusu Stefanos Tzimasın (Bu mövsüm 12 qol vurub-red.) yoxluğuna hazır deyil. O, Stefanonun tez sağalacağına ümid edir. Kloze "Yan Reqensburq”la oyunda (1:2) etdiyi son dəyişiklikdən də (Mahir Emrelinin meydana daxil olması nəzərdə tutulur-red.) məyus oldu. Mahirin meydana girməsi ən yaxşı halda heyətin tamamlanması oldu. O, son qolunu noyabr ayında vurub. Bu, Emrelinin liqada 3-cü və indiyə qədər vurduğu sonuncu qoldur".

Qeyd edək ki, Mahir Emreli bu mövsüm 2-ci Bundesliqada 3, kubokda isə 1 qol vurub. O, bu qolları ardıcıl 4 matçda vursa da, daha sonra  oyununda eniş yaranıb. Bundan sonra isə hücumçu bir neçə görüşdə iştirak ərizəsində də yer almayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью