Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Almaniya 2-ci Bundesliqasında 19-cu tur çərçivəsində "Kayzerslautern" səfərdə "Şalke-04"ün qonağı olub.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" rəqibi ilə heç-heçəyə razılaşıb. Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
25 yanvar
"Şalke" – "Kayzerslautern" - 2:2
Qollar: E.Dzeko, 87, K.Karaman, 90 – İ.Prtayin, 61, 83
Bu nəticədən sonra xallarını 39-a çatdıran "Şalke-04" hazırda Almaniya ikinci divizionunun turnir cədvəlinə başçılıq edir. "Kayzerslautern" isə 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib.
Xatırladaq ki, Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qüvvədədir.