Emrelidən “Rakuv”da növbəti qol

03.09.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.

Apasport.az xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.

Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.

Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.

Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu” El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI Günün canlı yayımlanacaq matçları - TV AFİŞA UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью