Emrelinin komandası iki yoxlama oyununda uduzdu

05.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" (Almaniya) "Roytlingen"in 120 illik yubileyinə həsr olunmuş mini-turnir çərçivəsində iki yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, "qırmızı şeytanlar" əvvəlcə "Roytlingen", daha sonra isə İsveçrənin "Sankt-Qallen" komandası ilə qarşılaşıb. 

Hər iki matçda "Kayzerslautern" məğlub olub – müvafiq olaraq 1:2 və 0:2 hesabı ilə.

Mahir Emreli "Sankt-Qallen"ə qarşı görüşə start heyətində çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью