futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Polşa çempionatında 2026/27 mövsümünə start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” 1-ci turun matçına çıxıb. Şenstoxova təmsilçisi evdə Plotsk təmsilçisi “Visla”nı qəbul edib və 1:2 hesabı ilə məğlub olub.
M. Emreli qarşılaşmaya start heyətində başlayıb və 56-cı dəqiqədə Adin Molnar ilə əvəz olunub. Milli komandamızın üzvü bu görüşdə fərqlənə bilməyib.
Hücumçu bu həftə “Rakuv”dakı debüt matçında qol sevinci yaşamışdı. O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Maltanın “Valletta” klubunu 3:1 hesabı ilə üstələdikləri ilk oyunda qol vurmuşdu.