Emrelinin komandasının “Roma” ilə oyununda yaşananlar Video

27.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

QOL.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib. 

M.Emreli əsas heyətdə yer alıb.

Oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub. Hazırlıq matçı olmasına baxmayaraq, görüşü stadionda 35 min 650 nəfər azarkeş izləyib

Matç "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, oyunun fasiləsindən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью