Emrelinin “Rakuv”undan avrokubok sevinci

31.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab matçları keçirilib.

Futbolpress.az xəbər verir ki, Polşanın “Rakuv” klubu səfərdə Maltanın “Valletta” komandasının qonağı olub. Rəqibini cavabsız 4 qolla darmadağın edən Çenstoxova təmsilçisi iki oyunun nəticəsinə görə (7:1) rahatlıqla növbəti raunda vəsiqə qazanıb.

Milli komandamızın hücumçusu Mahir Emreli də bu qarşılaşmada iştirak edib. 29 yaşlı forvard matçın 68-ci dəqiqəsində Tomas Pyenkonu əvəzləyərək yaşıl meydana ayaq basıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью