Emreliyə “bəy tərifi”

13.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa komandanın hücumçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıb.

Futbolpress.az xəbər verir ki, çalışdırıcı Emrelinin oyun təfəkkürünü və təcrübəsini xüsusi qeyd edib. Şvarqanın fikrinə görə, həm Mahir, həm də klubun sabiq futbolçusu Ante Çrnaç solaxay olsalar da, oyun üslublarında müəyyən fərqlər var:

“Mahirin meydanı görmə bacarığı daha yaxşıdır. Ante daha dinamik və fiziki cəhətdən güclü futbolçu idi. Onları birləşdirən cəhət sol ayaqla oynamaları və hər ikisinin kombinasiya oyununda özünü rahat hiss etməsidir. Bununla belə, Mahir, digər amillərlə yanaşı, daha böyük təcrübəsi sayəsində bu baxımdan daha yüksək səviyyədə ola bilər”.

Sonda Emrelinin həm kollektiv oyuna uyğunlaşdığını, həm də fərdi ustalığı hesabına təhlükəli epizodlar yaratdığını deyən Şvarqa fikirlərini bu sözlərlə yekunlaşdırıb:

“Belə futbolçumuzun olmasına sevinirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью