Əmtəə bazarlarında gümüş 5% ə yaxın bahalaşıb

12.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 2,42% artaraq 4 213,4 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 4,8% artaraq 67,07 ABŞ dolları təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью