Əmtəə bazarlarında qızıl 3 350 dollardan yuxarı səviyyədə ticarət olunur

17.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% artaraq 3 351,27 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,27% azalaraq 32,56 ABŞ dollarına bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью