Əmtəə bazarlarında qızıl 3400 dollar səviyyəsində ticarət olunur

22.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,39% dolları azalaraq 3 400,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,61% azalaraq 39,1 ABŞ dolları olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью