Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə cüzi bahalaşıb

25.07.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,35% azalaraq 3 361,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,02% artaraq 39,23 ABŞ dolları olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью