Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

22.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 040 ABŞ dollarından aşağı enib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,74% azalaraq 3 021,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 1,49% azalaraq 33,49 ABŞ dollarına bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью