Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

21.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,47% artaraq 4 593 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,28% artaraq 69,79 dollar təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью