Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

06.02.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,52% azalaraq 4 864,06 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 4,1% azalaraq 73,61 ABŞ dolları olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью