525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Hazırda sərnişinlərə 2300 avtobus xidmət göstərir, sentyabr-oktyabr aylarında onların sayının 2500-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə Bakı şəhəri üçün 2800 avtobusun olması arzulanandır, yəni bu, müəyyən bir effekt, nəticə verə bilər. Digər tərəfdən, yol polisinin üzərinə də böyük iş düşür. Yəni ən ağır yük onların çiyinindədir. Çünki yollarda hərəkəti tənzimləmək ancaq onların işidir. Bu baxımdan hesab edirəm ki, qurumlar əlaqəli şəkildə iş qursalar, müsbət nəticə əldə etmək mümkündür. Amma vaxtında qərar qəbul etmək, operativ reaksiya vermək lazımdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a bildirib. Ekspertin szölərinə görə, dərs və iş saatlarının dəyişdirilməsi məsələsi hələ də həllini tapmayıb:
“Formula 1 ilə bağlı bəzi məktəblərin onlayn dərs rejiminə keçəcəyi barədə artıq rəsmi məlumat yayıldı. Bu da müəyyən bir müsbət təsir göstərəcək, yəni həmin məktəblərə, nəqliyyat axını, insan axını olmayacaq”.
Sevinc Qarayeva