Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Bəzi insanlar incikliyi illərlə unuda bilmir, digərləri isə barışdıqdan sonra onu asanlıqla geridə qoyurlar.
Demokrat.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, numerologiyada doğum gününün insanın münaqişələrə və bağışlamağa münasibətinə təsir göstərdiyi iddia olunur.
Numerologiyada doğulduğunuz gün tək rəqəmə endirilir və həmin rəqəmin müəyyən enerji daşıdığı qəbul edilir. Məhz buna görə də bəzi doğum tarixlərinə malik insanların bağışlamağa daha meyilli olduğu bildirilir.
Bağışlamağa ən çox meyilli hesab edilən 4 doğum tarixi
Doğum gününüzü yoxlayın. Doğum ayı nəzərə alınmır.
2-ci gün doğulanlar – təbii barışdırıcılar
Numerologiyada 2 rəqəmi tərəfdaşlıq və harmoniyanın simvolu hesab olunur. Bu tarixdə doğulan insanlar təbii barışdırıcı kimi xarakterizə edilir və Ayın təsiri altında olduqları iddia edilir.
Münaqişələr onları narahat etdiyindən, adətən münasibətləri bərpa etmək üçün ilk addımı onlar atırlar. Onların bağışlaması zəiflikdən deyil, emosional yetkinlik və empatiyadan qaynaqlandığı bildirilir.
Bu insanlar mübahisədə qalib gəlməkdənsə, münasibətləri qorumağa üstünlük verirlər.
6-cı gün doğulanlar – sevgini qarşılıq gözləmədən paylaşırlar
6-cı gün doğulan insanların sevgi və qayğı hissi ilə hərəkət etdikləri qeyd olunur. Numerologiyada 6 rəqəmi və Venera planeti sevgi və harmoniya ilə əlaqələndirilir.
Bu tarixdə doğulanlar onları incidən insanların da müsbət tərəflərini görməyə çalışırlar və çox vaxt üzr istənilmədən belə bağışlamağı bacarırlar.
Onlar incikliyi buraxmağın daxili rahatlıq və mənəvi sağalma üçün vacib olduğuna inanırlar. Baş verənləri unutmasalar da, uzunmüddətli inciklik saxlamamağa çalışırlar.
16-cı gün doğulanlar – anlayış əldə etdikdən sonra bağışlayırlar
16-cı gün doğulanlar dərhal bağışlamırlar, lakin bunu dərindən düşünərək edirlər. Numerologiyada bu tarix Neptun planeti ilə əlaqələndirilir.
Onlar əvvəlcə yaşadıqları ağrını daxilən analiz edir, hadisəni anlamağa çalışırlar. Bundan sonra isə qarşı tərəfə qarşı mərhəmət hissi yarana bilər.
Bu insanların bağışlaması tələskən qərar deyil, vəziyyəti dərindən dərk etməyin nəticəsi kimi təqdim olunur.
27-ci gün doğulanlar – inciklik saxlamaq üçün özlərini çox müdrik hesab edirlər
27-ci gün doğulanların "köhnə ruh" müdrikliyinə malik olduqları iddia edilir. Bu tarix numerologiyada 9 rəqəminə uyğun gəlir və humanizm, mərhəmət və həyat dövrlərinin tamamlanması ilə əlaqələndirilir.
Bu insanlar hadisələrə daha geniş prizmadan baxmağa çalışır və hər kəsin öz çətinlikləri ilə mübarizə apardığını nəzərə alırlar.
Məhz buna görə də numerologiyaya görə, onlar üçün bağışlamaq çətin qərardan çox, hadisələrin təbii davamı hesab olunur.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, numerologiyada doğum gününün insanın münaqişələrə və bağışlamağa münasibətinə təsir göstərdiyi iddia olunur.