Icma.az, Lent az portalına istinadən məlumat verir. Cheesecake, əsasən krem pendirdən hazırlanan, alt qatı biskvit və ya peçenye əsasında qu
Yumşaq, kremli quruluşu və müxtəlif meyvə sousları ilə bəzədilməsi ilə sevilir.
Cheesecake həm sobada bişirilə, həm də sobasız, soyuq şəkildə hazırlanaraq soyuducuda bərkiyə bilər.
Vanil, limon, şokolad və giləmeyvə əlavələri ilə dadlandırılan cheesecake, həm gündəlik şirin kimi, həm də xüsusi günlərdə tort əvəzi olaraq təqdim olunur.
Lent.az ən asan və dadlı cheesecake reseptini təqdim edir: Ərzaqlar Alt qat (biskvit bazası) üçün: 200 qram yulaflı peçenye (və ya istənilən sadə peçenye) 100 qram kərə yağı (əridilmiş) Krem qat üçün 400 qram krem pendir (Philadelphia və ya başqa) 200 millilitr çalınmış qaymaq (və ya şirin krem – “whipping cream”) 100 qram şəkər tozu 1 paket vanilin 1 xörək qaşığı limon suyu (isteğe bağlı) Üzəri üçün İstəyə görə meyvəli sous (moruq, çiyələk, qaragilə və s.) Qat-qat cem və ya əridilmiş şokolad da ola bilər Hazırlanması: Alt qatın hazırlanması Peçenyeləri blenderdə xırda toz halına gətir.
Üzərinə əridilmiş kərə yağı əlavə edib qarışdır. Bu qarışığı tort qəlibinin altına bərabər yay və qaşıqla sıxaraq möhkəmləndir.
Soyuducuya yerləşdir, 15–20 dəqiqə bərkiməsi üçün saxla. Krem qatın hazırlanması Krem pendiri, şəkər tozunu və vanilini mikserlə çal.
Üzərinə limon suyu əlavə et. Ayrı qabda çalınmış qaymağı (whipping cream) bərkiyənədək çal, sonra pendirli qarışığa asta-asta əlavə et.