Ən azından Vahid Əziz gecə yuxudan durub səni 2 pay söyəcək

27.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq şairi Vahid Əziz "Geriyə baxanda" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, o, bəzi sürücüləri hədəf alaraq, maraqlı fikirlər səsləndirib.
Şəhərin mərkəzində yaşadığını qeyd edən Vahid Əziz gecə saatlarında avtomobillərini səsgücləndiricilərlə sürənləri tənqid edib:
"Vəzifə insanı dəyişməli deyil. Kürsü qalxanda insanlıqdan çıxmaq olmaz. Mən şəhər mərkəzində yaşayıram. Gecə saatlarında sürücülər maşınlarının səsboğucu qurğularına müdaxilə edib, yüksək səslə idarə edirlər.
Bilməlidirlər ki, onlar söyüş qazanırlar. Ən azından gecə saat 2-də Vahid Əziz yuxudan oyanıb səni "2 pay" söyəcək".
Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью