Ən bahalı avtomobillər hansı markalardır? ABŞ bazarından maraqlı mənzərə

25.11.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin oktyabrında ABŞ-da yeni avtomobillərin orta qiyməti rekord həddə çataraq 51 109 dollar olub. Alıcıların ödədiyi məbləğ markadan asılı olaraq ciddi şəkildə dəyişir. Bu fərq avtomobillərin ölçüsü, model çeşidi və alıcıların seçimləri ilə əlaqədardır.

Banco.az xəbər verir ki, ABŞ bazarında 31 avtomobil markası üzrə orta satış qiymətləri müqayisə edilib. Göstəricilərə vergi, rüsum və alıcılara təqdim olunan endirimlər daxil deyil.

Oktyabr ayında markalar üzrə orta satış qiymətləri və illik dəyişikliklər belə olub:

Porsche – 125 270 $ (0,9% azalma) Land Rover – 102 826 $ (1,9% azalma) Cadillac – 90 101 $ (6,6% artım) Lincoln – 78 132 $ (11,3% artım) BMW – 73 149 $ (0,3% artım) Mercedes-Benz – 71 086 $ (8% azalma) Infiniti – 69 865 $ (6,3% artım) Ram – 69 850 $ (6,5% artım) GMC – 65 607 $ (2,3% azalma) Audi – 64 403 $ (2,4% azalma) Genesis – 64 316 $ (dəyişiklik olmayıb) Lexus – 63 899 $ (2,8% artım) Volvo – 61 588 $ (4,5% artım) Ford – 61 565 $ (6,2% artım) Tesla – 54 194 $ (1,2% artım)

Reytinqdə ən bahalı və ən ucuz markaların orta qiymətləri arasında təxminən 92 min dollar fərq var. Porsche ikinci yerdəki Land Rover-i 22 min dollardan çox qabaqlayır. 

Reytinqin yuxarı pillələrində Avropa markaları üstünlük təşkil edir

Ən bahalı altı markadan dördü Avropa istehsalçısıdır. İlk iki yerdə Porsche və Land Rover qərarlaşıb. BMW və Mercedes-Benz də ilk altılığa daxil olub.

Daha sərfəli avtomobillərdə Asiya markaları öndədir

Orta qiyməti 40 min dollardan aşağı olan səkkiz avtomobil istehsalçısının yeddisi Yaponiya və Cənubi Koreya markalarıdır. Asiya istehsalçılarının bir çoxu bahalı modellərini Lexus, Acura, Genesis və Infiniti kimi ayrıca markalar altında təqdim edir. Əsas markaların daha kiçik avtomobillər və krossoverlər təklif etməsi isə onların orta satış qiymətini aşağı salır.

Oktyabrda kompakt avtomobillərin orta qiyməti 28 030 dollar, kompakt SUV modellərinin qiyməti isə 37 895 dollar olub. 

Ümumilikdə, araşdırma göstərir ki, yeni avtomobillərin orta qiymətinə yalnız markanın nüfuzu deyil, həm də onun təklif etdiyi modellərin növü və çeşidi ciddi təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью