Ən bahalı evdə yaşayır, gedib kasıba özü 200 manat versin

15.01.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Təranə Qumral aparıcı Zaur Kamalı tənqid edib. 

Axşam.az xəbər verir ki, buna səbəb Zaurun verilişdə Musa Musayevə kart göstərib, ora 200 manat pul atmasını istəməsi olub. Buna əsəbiləşən Təranə sərt sözlər deyib:

"Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur? Mən lazım olan adamlara pul atıram. Böyük villan, bahalı maşının, bahalı evin var. Bahalı kostyumlar geyinirsən. Özün niyə atmırsan? Kimsə yazırsa xəstəyəm, ehtiyacım var, canım çıxır ona pul ataram. Əcəb edib pul vermirəm".

Qeyd edək ki, Zaur proqramda Musadan bir imkansız ailənin kartına 200 manat atmasını istəyib. Təranə isə buna imkan verməyib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью