Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Transfermarkt” portalı dünya çempionatından sonra bəzi futbolçuların transfer dəyərlərini yeniləyib.
Futbolpress.az xəbər verir ki, ən yaxşı göstərici İspaniya millisinin və “Barselona”nın futbolçusu Pau Kubarsidə olub. 19 yaşlı arxa xətt oyunçusunun dəyəri 20 milyon avroya yüksəlib. Kubarsi hazırda ən bahalı gənc müdafiəçi statusundadır.
İspaniya yığması mundialın qalibi olub. “Qırmızı furiya” həlledici matçda Argentinanı məğlub edib – 1:0.