Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-da 1969-cu il istehsalı olan qeyri-adi “Volkswagen Beetle” hərraca çıxarılır.
Sfera.az bildirir ki, “Beetle” Hollivudda məşhurlaşan dəbdəbəli limuzinə çevrilib.
“Volkswagen Beetle” limuzini üçün 200.000 dollara qədər qiymət planlaşdırırlar, yəni onun tarixdə ən bahalı “Beetle” olmaq şansı var.
Avtomobilin tarixi haqqında RM Sotheby's hərrac evinin saytında məlumat verilib.
Kaliforniyadan olan “Volkswagen” və “Porsche” dileri Con fon Neumanın sifarişi ilə Amerikanın “Troutman-Barnes” studiyası tərəfindən həyata keçirilib.
“Beetle” (“Böcək") kəsilib və əlavə bir cüt qapı ilə bir metr uzunluq əlavə edilib.
Artan ölçülər salonda iki əlavə oturacaq quraşdırmağa imkan verir. Minibar, elektrikli şüşələr və “Phillips” akustikası da quraşdırılıb.
Döşəmədə maun ağacından istifadə edilib və elektrik ötürücülü sürüşən şüşə arakəsmə sərnişinləri sürücüdən ayırır.