Ən bədbəxt yaş dövrü açıqlandı

15.05.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

İnsanların ən çox bədbəxt hiss etdiyi yaş məlum olub. İqtisadçı David Blanchflower tərəfindən 132 ölkədə aparılan geniş araşdırma insanların həyat məmnunluğunun “U formalı” xətt üzrə dəyişdiyini göstərib.
Demokrat.az bildirir ki, araşdırmalara görə, insanlar ən çox orta yaş dövründə psixoloji çətinlik yaşayır.
Ən çətin dövr 47 yaşdır
Yüz minlərlə insanın məlumatları təhlil edilib. Nəticədə həyat məmnuniyyəti orta hesabla 47 yaşında ən aşağı səviyyəyə düşür. Bəzi ölkələrdə bu göstərici 49 yaşa qədər yüksələ bilir.
Tədqiqatçılar bildirir ki, bu nəticə gəlir, təhsil və ailə vəziyyətindən asılı deyil. Yəni bütün ölkələrdə oxşar vəziyyət müşahidə olunur.
Orta yaşda stressin səbəbləri
Bu dövrdə insanlar eyni anda bir neçə məsuliyyət daşıyır:
Uşaqların qayğısı
Valideynlərin baxımı
İş təzyiqi
Sağlamlıqda dəyişikliklər
Bu amillər stressi artırır.
50 yaşdan sonra vəziyyət yaxşılaşır
Araşdırma göstərir ki, 50 yaşdan sonra həyat məmnuniyyəti yenidən artır. Mütəxəssislər bunu insanların daha real gözləntilər formalaşdırması ilə izah edir.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью