Ən bədbin 3 BÜRC

08.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Astrologiyaya görə, bəzi bürcün insanları şən və ümid dolu bir rəftar nümayiş etdirsələr də, digər qisim hadisələrə daha pessimist prizmadan baxırlar.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən ən pessimist 3 bürcü təqdim edir:

OĞLAQ

Oğlaqlar realist təbiətləri ilə tanınırlar, lakin çox vaxt bu realizm bədbinliyə çevrilə bilir. Bu bürc mümkün riskləri düşünmədən addım atmaz və gələcəyi görmək istəməsi ilə tanınarlar. Lakin bu yanaşma bəzən depressiyaya səbəb ola bilər.

ƏQRƏB

Əqrəblər dərin emosiyalara malikdirlər və insanları asanlıqla qəbul etmirlər və hadisələrə inamla yanaşmırlar. Bu, onları şübhəli və pessimist edə bilər. Bir şey yaxşı gedirsə, həmişə bunun arxasında problem axtara bilərlər.

QIZ 

Qızlar detallara diqqət yetirmələri və hər bir xırda detal üzərində düşünmələri ilə məşhurdurlar. Daim çatışmayanı axtaran bu xasiyyəti onları müsbət fikirlərdən yayındıra bilər. Onlar ən çox özünü tənqid edən bürclərdən biridir və bu, zamanla bədbinliyə səbəb ola bilər.

Oksana



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью