Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Bu gün bazar iqtisadiyyatı dövrüdür.
Xanəndələr istəmirlər özlərini əziyyətə salsınlar. Muğama səs potensialı, istək lazımdır.
Hər insan, hər xanəndə muğamın ağırlığını daşımağı bacarmır. Bir yandan xanəndələri qınayıramsa, digər bir tərəfdən efirləri qınayıram.
Bugünkü gündə də efirlərimiz görün nə gündədir! Hamıya deyirlər ki, oynaq mahnılar ifa edin, onlar da pozitiv mahnılar oxuyurlar.
Lirikaya tələbat yoxdur. Televiziya kanallarının əksəriyyətində məkan yoxdur ki, xanəndə özünü göstərsin.
Onlar da deyirlər ki, qoy elə mahnı oxuyaq toylarımız artsın”.
Moderator.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Sənətkar qeyd edib ki, hər zaman söz-söhbətdən uzaq olmağa çalışıb: “Mən sənətə gəldiyim ilk gündən başımı aşağı salıb işimlə məşğul olmuşam.