“Ən böyük arzumuz Ukrayna Rusiya müharibəsinin başa çatmasıdır”

25.05.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Azərbaycan Ukraynadakı münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu xüsusda, mayın 15-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını yüksək qiymətləndirik: “Bu danışıqlar nəticəsində hərbi əsirlərin dəyişdirilməsinin razılaşdırılmasl artıq müsbət cəhətdir. Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım göstərir. Ən böyük arzumuz müharibənin başa çatmasıdır”.

Günel İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью