Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Çin və İranın son təhdidləri fonunda Asiyada ən böyük müdafiə təlimlərinə başlayıblar.
“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, ABŞ Asiyada indiyə qədər keçirilən ən böyük müdafiə təlimlərinə start verib.
Agentlik yazır ki, təlimlər Çin və İrandan gələn təhdidlər fonunda, Yaxın Şərqdə davam edən müharibə şəraitində həyata keçirilir.
Məlumata görə, ABŞ bu hərbi təlimləri Filippinlərlə birlikdə keçirir və manevrlərdə rekord sayda hərbçi iştirak edir. Təlimlərə 17 mindən çox əsgər cəlb olunub.
Təlimlərdə ABŞ və Filippinlərlə yanaşı Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya və Fransa da iştirak edir. İştirakçı qüvvələr dəniz əməliyyatları və döyüş atəşi məşqləri həyata keçirəcək.
“Bloomberg”, həmçinin qeyd edib ki, bu təlimlər Çinin Qərbi Sakit Okeanda manevrlər keçirmək üçün hərbi gəmi qrupunu bölgəyə göndərməsindən bir gün sonra başlayıb.
Yaponiya isə ilk dəfə bu təlimlərə qoşulub.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin