Ən böyük ifaçının belə qazancı yeməkxanalardandır

03.02.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Hamı deyir, Samir Cavadzadə haradadır? Burada, diri, sağlam. Samir Cavadzadə nə vaxt harasa çıxıb?".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib. Efirə çıxmayan sənətçi bunun səbəbini açıqlayıb. O bildirib ki, proqramların formatını özünə uyğun görmür:

"Aparıcılar məndən inciyirlər. Deyirlər ki, niyə qonaq gəlmirsən. Onlara cavab verirəm ki, verilişlərinizin formatını dəyişin. Yemək, qeybət, "danqadurunq" mənlik deyil.

Toy məclislərinə, dəvətlərə az gedirəm. Özüm seçirəm. İstəyirsən birnömrə, klassik ifaçı ol, yenə də qazancımız yeməkxanalardır. Restoranda yemək yeyilir, biz də oxuyuruq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью