Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq Uraloğlu | Icma.az
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik: - Cənab nazir, Azərbaycanda baş tutan COP29-un iqlim məsələləri ilə bağlı problemlərin həllində rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan çox gözəl bir konfrans təşkil etdi. Bu münasibətlə Azərbaycanı təbrik edirəm.
Biz iqlimi çoxdan öz təsirlərimizlə dəyişdirməyə başlamışıq. Bəs bu təsiri necə azalda bilərik? Karbon emissiyalarını necə azaltmalıyıq?
Bu problemləri bəlli zaman intervalında necə həll edə bilərik? Bu istiqamətdə qayğılarımız var.
Bu məsələləri bütün ölkələrlə birlikdə həyata keçirməyimiz lazımdır. Bir anda durumu dəyişdirmək və məlum prosesə mane olmaq mümkün deyil.
Qarşımızda suallar çoxdur. Başda nəqliyyat sahəsi olmaqla digər sahələr də müzakirə edildi. Bütün müzakirələr, məncə, qiymətlidir.
Tam oxu
Xəbəri oxu