ƏN BÖYÜK MAAŞ ARTIMI HANSI RAYONDADIR? DSK açıqladı

10.06.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı hesabata görə, Azərbaycanda bu ilin yanvar-mart ayları üzrə orta aylıq nominal əməkhaqqı 1084 manat təşkil edib. 

“AzPolitika” xəbər verir ki, rəsmi statistikaya görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99 manat və ya təxminən 10 faiz çoxdur.

Regionlarımız arasında ən yüksək maaş artımı Xankəndi şəhərinə aiddir. Belə ki, bu şəhərdə 2024-cü ilin ilk rübündə 866 manat olan orta aylıq əməkhaqqı, 2025-ci ilin eyni dövründə 1 486 manata yüksəlib. Bu da 620 manat və ya 71,6 faiz artım deməkdir.

İkinci yerdə Xocalı rayonu gəlir. Burada orta əməkhaqqı 273 manat artaraq 745 manatdan 1 017 manata çatıb. Bu da 36,6 faiz artım deməkdir. Təbii ki, bu artımlar əsasən Qarabağda davam edən tikinti-quruculuq işlərilə bağlıdır.

Növbəti yerlərdə Kürdəmir rayonu 134 manat və ya 22,9 faiz artım və Kəlbəcər rayonu 120 manat və 19,2 faiz artımla gəlir.

Zəngilan rayonu139 manat (16,4%).

Zərdab rayonu89 manat (14,9%)

Qəbələ rayonu100 manat (14,8%)

Mingəçevir şəhəri93 manat (14,6%)

Salyan rayonu95 manat (14,2%)

Culfa rayonu86 manat (13,1%)

Füzuli rayonu80 manat (13,0%)

Samux rayonu80 manat (12,9%)

Laçın rayonu84 manat (12,9%)

Qusar rayonu81 manat (12,5%)

Abşeron rayonu87 manat (12,2%)

Siyəzən rayonu87 manat (12,1%)

Qeyd edək ki, Bakı şəhərində hesabat dövründə orta aylıq əməkhaqqı 1 357 manat olub. Bu da ötən ilin ilk rübü ilə müqayisədə 114 manat və ya 9,1% çoxdur.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью