Ən böyük mehdiyevçilər onlardır!

17.10.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən böyük mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir. Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyatı” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb.

Axar.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili Etibar Əliyev qeyd edib.

O bildirib ki, R.Mehdiyevanın ixtisasca zooloq olan qızı BDU-da 2010-cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir:

"Ona da xüsusi kafedra-iqamətgah yaradıblar".

E.Babayev bildirib ki, Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью