Ən böyük peşmanlığını açıqladı

23.08.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türk aktyor və müğənni Selen Görgüzel Armağan Çağlayanın “Gör Beni” adlı "YouTube" proqramına qonaq olub. O, verilişdə karyerası və şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Demokrat.az
xəbər verir ki, sənayedə layiq olduğu dəyəri görmədiyini düşündüyünü bildirən Görgüzel təcrübə və istedadına baxmayaraq, kifayət qədər imkan əldə edə bilmədiyini deyib.
“Sevilmirəm, mahnılarım da uğur qazanmır, seriallardan da dəlicəsinə təkliflər almıram” sözləri ilə məyusluğunu ifadə edən sənətçi, özündən daha çox səhv edən insanların sektorda daha çox diqqət gördüyünü iddia edib.
Karyerasındakı ən böyük dönüş nöqtəsi və peşmanlığından da danışan Görgüzel “Mahallenin Muhtarları” serialında rol aldığı dövrdə qarşısına mühüm bir fürsət çıxdığını bildirib.
O, çox gənc yaşda ailə qurmasının peşəkar inkişafına mənfi təsir göstərdiyini deyib. Görgüzelin sözlərinə görə, həmin dövrdə yaşadığı evlilik onun karyerasında irəliləməsinə mane olan amillərdən biri olub.
Sənətçi bütün məyusluq və qarşılaşdığı maneələrə baxmayaraq, mübarizəsini davam etdirəcəyini və fəaliyyətini sürdürəcəyini vurğulayıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью