Ən böyük problemlərdən biri ağır çəki və piylənmə məsələsidir Şöbə müdiri

04.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

“Bu gün ən böyük problemlərdən biri ağır çəki və piylənmə məsələsidir. 2035-ci ildə ümumi xərclərin qarşılanamsı üçün 4 milyard insan piylənmədən əziyyət çəkəcək”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.

“Qlobal olaraq 4 trilyona yaxın pul lazım olacaq həmin problemlər həll olsun. Fiziki aktiv olmayanda bir çox xəstəliklər ortaya çıxır. Əhalimiz fiziki aktiv olmasa, biz öz sərvətimizi, insan resursunu itirməyi təhlükə altına alırıq", - şöbə müdiri bildirib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью