Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Aparıcı Lalə Azərtaş sosial media hesabında həyat və insanlıqla bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, aparıcı həyatın dəyərinin qazanclarla deyil, qoruyub saxladıqlarımızla ölçüldüyünü vurğulayıb.
“Sənin həyatdan nə istədiyindən çox şey asılıdır. Çünki həyatın dəyəri qazandıqlarınla deyil, nələri itirmədən yaşaya bildiyinlə ölçülür. Ən böyük uğur isə hər şeyə rəğmən özünü, vicdanını və insanlığını qoruyub saxlamaqdır” deyə, L. Azərtaş yazıb.