Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir yaxın dostum deyir ki, mənim qonşu sarıdan bəxtim heç gətirməyib. Həmişə çalışmışam ki, aramızda mehribanlıq olsun! Qonşularımısa, bunun əksini ediblər! Əsasən də mən də yuxarıda yaşayan iki qonşu.Bir dəfə şeytanın qıçını sındırıb ailəmi götürüb Şuşaya gəzləməyə getmişdim. Şuşanı, Xankəndini, Laçını yaxşı-yaxşı gəzdik və ürəyimiz istəyən kimi istirahət etdik.
Günorta nahar vaxtı Həkəri çayının sahilindəki restaranda yeriniz məlum yaxşı yeyib - içdik və bizə hər şey ləzzət elədi! Hələ də çaydan tutulub bişirilən farer balığının dadı damağımızdan getməyib. Restarandan çıxıb gəzməyə getmək istəyirdik ki, mobil telefonuma zəng gəldi ki, bəs sizin evi su basıb... Yeyib- içdiyimiz burnumuzdan töküldü... Zəng edən qonşu dedi ki, sizdən yuxarıda yaşayan qonşu istilik radiatorunu dəyişərkən məsuliyyətsizlik edib,xətti açıq qoyub, həmin vaxtı da " Azəristiliktəchizat" ın istilik sahəsindən xətti yoxlamaq üçün ora yüksək təzyiqlə su vurub və nəticədə qonşunun , eləcə də ustanın məsuliyyətsizliyindən belə bir hadisə baş verib. Şəhərə qayıtdıq gördük ki, mənzillərin hamısı su içindədir. Nə isə ... bu işləri yola verdik. İndi neçə gündür ki, binaya istilik verilib,amma bizim blokdakı mənzillərdə istilik yoxdur. Bunun da səbəbləri aydınlaşdı.
Zirzəmidəki xəttə qəza baş verib, Mövcud qanunla zirzəmidə və mənzildəki texniki nasazlığı sakinlər öz vəsaiti hesabına həll etməlidir. Mən bunu yaxşı bilirəm. Ancaq qonşular bilmir.Oranın material və usta pulu 120 manat edir. Mən də o pulu öz cibimdən verdim ki, sonra qonşululardan alaram. İstilik idarəsinin əməkdaşları da çox sağolsunlar , bir günün içində təmir işlərini başa çatdırdılar. Mənzilimizə normal istilik gəlir və radiatorlar hamısı yanır! Lakin qonşular onlara düşən pulu vermədilər və dedilər ki, bu onların borcudur.
Nə qədər savadsız və cahil olasan ki, bu sözləri deyəsən! Bax , mən həmişə elədiyim yaxşılıqların əvəzini almaq yerinə , ağır zərbəsini alıram! Bu da iki-üç qonşudan mənə vurulan sonuncu zərbə! Sonra da deyirlər ki, bəs yaxşılıq eləyin! Belə adamlara yaxşılıq eləmək olar???
Emil FAİQOĞLU