Ən çox alimenti bu şəhərdə verirlər

19.07.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin 6 ayının sonunda ümumilikdə Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi sayı 124.566 olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla, 6197 icra sənədi təşkil edir.

Həmçinin qeyd edilib ki, respublika üzrə ən çox aliment qərarı Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla, 6398 icra sənədi təşkil edir.

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью