Ən çox ballistik raketə malik ölkələr: Azərbaycan neçəncidir?

15.02.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada ən çox ballistik raketlərə malik olan ölkələrin siyahısı açıqlanıb.

Dünyada müharibə coğrafiyası genişləndikcə və  III Dünya müharibəsi ehtimalı reallaşdıqca  ölkələr öz müdafiə qabliyyətini gücləndirmək məqsədilə silahlanmaya ciddi fikir verirlər. Son illərdə isə dünya ölkələri daha çox ballistik raket əldə etməyə çalışırlar.  

Ölkə.Az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünyada ən çox ballistik raketlərə sahib ölkələri açıqlayıb. 

Siyahıda Azərbaycan da var.

Ən çox ballistik raketə malik ölkələr aşağıdakılardır:

1. Rusiya -1440; 
2. ABŞ - 1300; 
3. Çin - 424; 
4. Türkiyə - 322; 
5. Şimali Koreya - 250;
6. Cənubi Koreya - 190;
7. İran - 100;
8. Pakistan - 90; 
9. Hindistan - 66; 
10. Fransa - 64 ballistik raketə malikdir. 

Azərbaycan isə ən çox ballistik raketə malik ölkələr siyahısında 4 ballistik raketlə 26-cı yerdə qərarlaşıb.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью