Ən çox baxılan serialın ulduzu SEVGİLİSİ İLƏ YAXALANDI

02.02.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin tanınmış aktyoru Ulaş Tuna Aslantepe əvvəlki gecə İstanbulun Bebek səmtində yerləşən məkanlardan birində sarışın bir qadınla görülüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, serial çəkilişlərindən sonra İstanbula qayıdan aktyor gecəni sevgilisi ilə birlikdə keçirib. Gecə boyu səmimi davranışları ilə diqqət çəkən cütlük jurnalistlərin məkanda olduğunu anlayandan sonra diqqət çəkməmək üçün ayrı-ayrılıqda məkandan çıxıb.

Məkandan ilk ayrılan Aslantepe jurnalistlərin “Yeni münasibətə başlamısınız?” sualına təəccüblə reaksiya verərək qısa cavabla kifayətlənib. Təxminən beş dəqiqə sonra məkandan çıxan sarışın qadın isə üzünü gizlədərək sualları cavabsız qoyub və taksiyə minərək aktyorun yanına gedib.

Qeyd edək ki, Ulaş Tuna Aslantepe hazırda “Taşacak Bu Deniz” serialında baş rolu canlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью