Ən çox bu ölkələrdə falçılara gedirlər

22.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanların gələcəklə bağlı marağı, sevgi münasibətləri, iş və maliyyə məsələlərindəki qeyri-müəyyənliklər falçılara müraciəti artıran əsas səbəblər sırasındadır.

"Cebheinfo.az" xəbər verir ki, dünyada falçılara ən çox müraciət edilən ölkələrlə bağlı araşdırma aparılıb. Araşdırmalara görə, insanlar gələcəkdə onları nələrin gözlədiyini öyrənmək, şəxsi həyatları və maddi vəziyyətləri ilə bağlı suallara cavab tapmaq məqsədilə falçılara üz tuturlar.

İslam dinində isə falçılıq və qeybdən xəbər vermək qadağan olunur. Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində fal oxları şeytan əməli kimi qiymətləndirilir və möminlərə bu kimi əməllərdən uzaq durmaq əmr edilir.

Araşdırmada təqdim olunan göstəricilərə əsasən, Cənubi Afrika Respublikası və Hindistan ilk iki yerdə qərarlaşıb. Ölkələr üzrə nəticələr "Pew Research Center"in 35 ölkəni əhatə edən sorğusuna əsaslanır.

Beləliklə, falçılara ən çox müraciət edilən ölkələr sırasına Cənubi Afrika Respublikası – 47 faiz, Hindistan – 45, Tailand – 29, Keniya – 23, Filippin – 22, Cənubi Koreya – 20, Şri-Lanka – 20, Nigeriya – 20, Yaponiya – 19, Macarıstan – 17 faizlə daxildir.

Qeyd edək ki, sorğu 2024-cü ildə aparılıb və iştirakçılardan gələcəyi öyrənmək məqsədilə falçılara, ulduz falına və digər proqnozlaşdırma üsullarına müraciət edib-etmədikləri soruşulub.

Məlumatlara görə, ABŞ-da bu göstərici 9 faiz, Türkiyədə isə 7 faiz təşkil edib. Ən aşağı göstərici Yunanıstanda qeydə alınıb – 4 faiz. İslam dinində falçılıq və qeybdən xəbər vermək qadağan edilir. Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində fal oxları şeytan əməli kimi qiymətləndirilir və insanlara bu əməldən uzaq durmaq tövsiyə olunur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью