Ən çox bu rayonda BOŞANIRLAR

19.08.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.

Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.

İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb. Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.

Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью