Icma.az, Baku.ws saytına istinadən bildirir. Ötən il Sumqayıtda marketdə çalışan qadın iş yerində ölmüşdü.
Belə ki, 1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.
Qeyd edək ki, bu tipli hadisələr ötən il ərzində kifayət qədər baş verib.
Statistikaya görə, ötən illərə nisbətən 2024 və 2025-ci illərdə iş yerində ölənlərin sayı 4 dəfə artıb.
Bu ölümlərin içində bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı çox olsa da, sakit iş prosesində vəfat edənlər də kifayət qədərdir.
Bu gün ölkədə çox narahat edici və aktual bir mövzu insanların iş yerlərində xəstələnməsi, hətta iş prosesi zamanı ölməsidir.
Həkimlərin araşdırmalarına görə, ölüm halları ən çox ürək tutması və beyinə qansızması nəticəsində baş verib.
Ürək tutması ilə bağlı müzakirələr aparılsa da, beyin qansızmalarının artması məsələsi hələ də cəmiyyətdə izah olunmur.