Ən çox dinlənilən o oldu

04.01.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Məşhur amerikalı müğənni Billie Eilish-in “Birds of a Feather” mahnısı 2024-cü ildə “Spotify” platformasında ən çox dinlənilənlərdə birinci olub.

“Qafqazinfo” “Phil star global”a istinadən xəbər verir ki, mahnı 1,775 milyard dəfə dinlənilib.

Eilish Sabrina Carpenter-in “Espresso” mahnısını geridə qoyub. Sabrina ilin axırlarınadək lider olsa da, lakin sonda Eilish-in mahnısına uduzub.

Qeyd edək ki, “Birds of a Feather” Billie-nin 17 may 2024-cü ildə çıxan üçüncü studiya albomuna daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью